Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov aprelin 23-də Fizuli rayonuna səfər etmişdir.Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə birgə təmas xəttinə yaxın olan Qazaxlar,Mirzənnalı və Şükürbəyli kəndlərində zərər çakmiş sakinlərlə görüş keçirilmiş, onların problemləri ilə maraqlanmışlar.
Eyni zamanda AzQA-in Füzuli rayon bölməsinin əməkdaşları könüllüləri və mobil könüllü dəstə üzvləri ilə görüş keçirən Novruz Aslanov belə hadisələr zamanı əhaliyə hansı xidmətlərin və yardımların edilməsi barədəd öz tapşırıq və tövsiyyərini vermişdir.
Məlumat üçün bildirək ki, Novruz Aslanov bundan öncə Ağdam, Tərtər və Goranboy rayonlarında da zərər çekmiş əhali ilə müvafiq görüşlər keçirmiş,həmçinin AzQAC tərəfindən zərər çəkmiş ailələrə zəruri yardımlar edilmişdir.