Ə.Şıxlinski Azərbaycan Demokratik Cumhuriyyəti dövründə AzQAC-a dövlət dəstəyinin artırılması və Cəmiyyətə zəruri olan xərclərin ödənilməsi təklifini etmişdir. Onun təşəbbüsü ilə AzQAC həmin dövrdə özünün fəaliyyətini daha da artırdı.
2016-ci il aprel ayının 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi, ənənəvi qaydada Cəmiyyətin həmtəsisçilərindən biri , Azərbaycanın hərb tarixində müstəsna xidmətləri olmuş general-leytenant Ə.Şıxlinskinin məzarını ziyarət etdi. Tədbirdə AzQAC-ın rəhbərliyi, əməkdaşları, üzvləri və könüllüləri iştirak edirdilər. Öncə AzQAC-ın əməkdaşları Əliağa Şıxlinskinin məzarı önünə əklil gül dəstələri qoydu və ruhuna dua oxudular. Generalın həyat yoldaşı AzQAC Şəfqət xidmətinin yaradıcısı olmuş Nigar xanım Şıxlinskayanın da məzarına gül dəstələri qoyuldu.
Daha sonra AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında Ə.Şıxlinskinin ölkənin hərb tarixindəki fenomenal fəaliyyətlərindən, Cəmiyyətin fəaliyyətindəki rolundan, müstəsna xidmətlərindən bəhs etdi