03.05.2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzində I rübün hesabat iclası keçirilmişdir.İclasda AzQAC-in vitse-prezidenti, təşkilat idarəsinin rəisi Əziz Qocayev və Bakı regional mərkəzinə daxil olan rayon bölmə sədrləri iştirak etmişdirlər.
İclası Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova açaraq iştirakçıları salamlamış və ilk növbədə Suraxanı RB sədri Turan Hüseynovanı,Qaradağ RB sədri Niyaz Eyvazovu ad günləri münasibətilə regional mərkəzin əməkdaşları adından təbrik etdi. Sonra I rübdə görülən işlər haqqında məlumat vermiş,II rübdə nəzərdə tutulan tədbirlər və iyun ayında keçiriləcək növbəti hesabat seçki konfransına hazırlıq işlərindən danışıb.Rayon bölmələrinin sədrləri də öz növbəsində çıxış edərək I rübdə görülən işlər və keçirilən tədbirlər haqqında məlumat verib fikir mübadiləsi apardılar.
Vitse-prezidenti, təşkilat idarəsinin rəisi Əziz Qocayev bütün hesabatları dinləyərək Bakı RM I rübdə keçirdiyi tədbirləri və görülən işləri qənaət bəxş hesab etmişdir. Az.QAC Regional Mərkəz və rayon bölmələrində yeni “Vahid hesabat sisteminə” keçid ilə əlaqədar yeni hesabat formalarını (blanklarını)təqdim edərək blanklar haqqında izahat verildi.