P1070958

Şagirdlərə “Sağlam həyat tərzi mövzusunda” seminar keçirildi.

Təhlükəsiz,  sağlam   həyat  tərzi sürmək,  ətraf mühitə diqqətlə yanaşmaq, davamlı insan  inkişafı üçün əsasdır. Bu zəngin və yoxsullar  üçün eyni dərəcədə vacibdir. Təcrübədə, bu  ilk olaraq icmalarda olan  zərərli davranış riskinin azaldılmasına kömək olur,  bununla da özlərinin  gücləndirilməsini təmin edir,  ikinci isə onların xarici zərbələrə sabitliyinin  möhkəmlənməsinə  və stressin  öhdəsindən gəlmək bacarığına  imkan yaradır.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən irəli sürülən “Təhlükəsiz, Sağlam  Həyat Tərzi” Kontseptsiya, Milli Cəmiyyətinin  bəşəriyyətin inkişafına   verdiyi daha  bir  töhfəsidir.  (“Kонцепция безопасного, здорового образа жизни, продвигаемая Красным Крестом и Красным Полумесяцем, является еще одним вкладом Общества в  развитие человечества.)

2020 Strategiyadan sitat: “Bizim “həyat tərzimiz” – bu, hər birimizin yaşayan  həyat yoludur. Buraya, həm  ətraf  mühitdən alacaqlarımız, həmdə  ailə, cəmiyyət  və dövlətlər arasında bir birimizə olan   münasibətlər aiddir. Bu, bizə əlçatan ehtiyatlar, bilik və baca rıqlarımıza əsaslanan ,  seçim qarşısında açıq olan  dəyərləri  və dünya görüşünü  əks etdirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icmaya əsaslanan sağlamlıq sahəsində həyata keçirilən fəaliyyətlərdə  Sağlam Həyat Tərzinin təbliğinə  önəmli yer ayrılır. Bununla bağlı, Cəmiyyət ölkədə fəaliyyət göstərən dövlət və geyri hökumət  təşkilatlarla əməkdaşlıq edərək Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə  məktəblərdə  Sağlam həyat tərzi mövzusunda  təbliğat yönümlü tədbirləri təşkil edir.

Belə ki, may ayının 2-də Yasamal rayonunda yerləşən 167 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq proqramı” çərçivəsində, proqramın rəhbəri Mətanət Qaraxanova tərəfindən  Sağlam Həyat Tərzi mövzusuna həsr edilən seminar təşkil olunmuşdur. Şagirdlər məlumatlarla bağlı suallar vermiş, seminarın onlar üçün maraqlı və faydalı olduğunu bildirmişlər. Eyni zamanda şagirdlərə seminarda  iştirak edən  AzQAC-in Yasamal rayon bölməsinin sədri Şahin Hüseynov tərəfindən bölmənin rayonda həyata keçirdiyi fəaliyyətlər barədə də məlumatlar  təqdim edilmişdir.P1070958

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.