Təhlükəsiz, sağlam həyat tərzi sürmək, ətraf mühitə diqqətlə yanaşmaq, davamlı insan inkişafı üçün əsasdır. Bu zəngin və yoxsullar üçün eyni dərəcədə vacibdir. Təcrübədə, bu ilk olaraq icmalarda olan zərərli davranış riskinin azaldılmasına kömək olur, bununla da özlərinin gücləndirilməsini təmin edir, ikinci isə onların xarici zərbələrə sabitliyinin möhkəmlənməsinə və stressin öhdəsindən gəlmək bacarığına imkan yaradır.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən irəli sürülən “Təhlükəsiz, Sağlam Həyat Tərzi” Kontseptsiya, Milli Cəmiyyətinin bəşəriyyətin inkişafına verdiyi daha bir töhfəsidir. (“Kонцепция безопасного, здорового образа жизни, продвигаемая Красным Крестом и Красным Полумесяцем, является еще одним вкладом Общества в развитие человечества.)
2020 Strategiyadan sitat: “Bizim “həyat tərzimiz” – bu, hər birimizin yaşayan həyat yoludur. Buraya, həm ətraf mühitdən alacaqlarımız, həmdə ailə, cəmiyyət və dövlətlər arasında bir birimizə olan münasibətlər aiddir. Bu, bizə əlçatan ehtiyatlar, bilik və baca rıqlarımıza əsaslanan , seçim qarşısında açıq olan dəyərləri və dünya görüşünü əks etdirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icmaya əsaslanan sağlamlıq sahəsində həyata keçirilən fəaliyyətlərdə Sağlam Həyat Tərzinin təbliğinə önəmli yer ayrılır. Bununla bağlı, Cəmiyyət ölkədə fəaliyyət göstərən dövlət və geyri hökumət təşkilatlarla əməkdaşlıq edərək Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə məktəblərdə Sağlam həyat tərzi mövzusunda təbliğat yönümlü tədbirləri təşkil edir.
Belə ki, may ayının 2-də Yasamal rayonunda yerləşən 167 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq proqramı” çərçivəsində, proqramın rəhbəri Mətanət Qaraxanova tərəfindən Sağlam Həyat Tərzi mövzusuna həsr edilən seminar təşkil olunmuşdur. Şagirdlər məlumatlarla bağlı suallar vermiş, seminarın onlar üçün maraqlı və faydalı olduğunu bildirmişlər. Eyni zamanda şagirdlərə seminarda iştirak edən AzQAC-in Yasamal rayon bölməsinin sədri Şahin Hüseynov tərəfindən bölmənin rayonda həyata keçirdiyi fəaliyyətlər barədə də məlumatlar təqdim edilmişdir.