Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2016-2020-ci illərin strategiyasına uyğun olaraq küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təblиьи, yeniyetmə və gənclərin sağlam və təhlükəsiz həyat sürməsi naminə maarifləndirmə işləri Gənclər Komitəsinin və Gənclər Şöbəsinin prioritet fəaliyyət növlərindən biridir.
Bununla bağlı bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, AZFEN şirkətinin bu sahədə Milli Cəmiyyətimizlə сых əməkdaşлыьыnı nəzərə alaraq, həmin şirkətin təşkilatçılığı və Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərovanın yaxından iştirakı ilə Ağdaş və Yevlax rayonlarının kənd məktəblərində Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi çərçivəsində “Yol təhlükəsizliyi və ətraf mühitin qorunması” mövzusunda orta məktəblərdə təlimlərin aparılması və rəsm müsabiqələrinin keçirilməsi planlaşdırılmışdı. Plana əsasən, tədbirin I mərhələsində şagirdlər arasında bu mövzuya aid təlimlər aparılmışdır və həmin mövzu əsasında rəsm şəkillərinin çəkilməsi üçün tapşırıqlar verilmişdir. II mərhələdə şagirdlərin çəkdikləri şəkillər seçilərək mükafatlandırılmalı, III mərhələdə isə həmin rayonların məktəbləri arasında rəsm müsabiqələri keçirilərək I, II və III yerə layiq görülən uşaqlar mükafatlandırılacaqdır. Belə ki, 2-5 may tarixlərində Yevlax rayonunun Aran qəsəbəsinin Aşağı Garkun, Yəldili, Neymatabad və Nərimanabad kəndlərinin və Ağdaş rayonunun Güvəkənd, Aşağı Ləki və Orta Ləki kəndlərində hər bir məktəbdən uşaqların çəkdikləri rəsmlərdən ən yaxşıları seçilərək yerindəcə məktəbli çantası və rəsm ləvazimatları ilə mükafatlandırılmışdır. Növbəti mərhələdə isə I, II, III yerləri tutan uşaqlar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Sonda tədbirdə iştirak edən valideynlər və müəllimlər tədbirin ərsəyə gəlməsində keçirdikləri bu tədbir üçün təşkilatçılara öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.