Hər ay olduğu kimi Az.QAC Nizami RB 19 may 2016-cı il tarixində aztəminatlı ailələrin sevincinə səbəb oldu.Nizami RB sədri Rəna İbrahimova Nizami ,Sabunçu,Binəqədi,Suraxanı, Xəzər,Xətai,Nərimanov rayonlarında yaşayan 80 ailə,o cümlədən tənha qoca,aztıminatlı ,əlil ailələri ilə görüşüb onların gündəlik, qayğı və problemləri ilə maraqlandı.İmkan daxilində onlara problemlərin həllində yardımçı olacağını söylədi. Tədbirin sonunda onlara ərzaq yardımı paylanılmışdır.Görüşdə iştirak edən ailələr Qızıl Aypara Cəmiyyətinin əməyi keçən bütün əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.