Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla bağlı bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məqsəd Cəbhəyanı regionlarında BQX/QAH gününə həsr edilmiş tədbiri təşkil etməklə hərəkat haqqında biliyin təqdim olunması və sülh mövzusu ilə uşaqları vətənpərvərliyə cəlb etməkdir. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 18-20 may tarixlərində Tərtər, Ağdam rayonlarının orta məktəbli uşaqları arasında “Müharibə uşaqların gözləri ilə”, “Biz sülh istəyirik” mövzusu adı altında inşa və rəsm müsabiqələri təşkil olunmuşdur. İlk öncə Tərtər rayon Təhsil şöbəsinin rəhbərliyi ilə görüş keçirilmişdir. Kəndlərdə çəkilən rəsmlər Təhsil şöbəsinə gətirilmiş və orada sərgi təşkil olunmuşdur. Uşaqlar şəhər mərkəzinə maşınlarla gətirilmişdir. Planda 6 kənd nəzərdə tutulmasına baxmayaraq, rayon kəndlərindən, ümumilikdə, 30 kənddən uşaqlar iştirak etmişdir. Tərtər rayon 2 nömrəli orta məktəbində kəndlərdən gətirilmiş uşaqlar sülh və müharibə mövzusunda inşalar yazmışlar, daha sonra iştirakçılar sərgi mərkəzinə gətirilmiş və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Qeyd edək ki, qaliblərə təqdim olunan mükafatlar Mazarina firmasının Cəmiyyətimizə hədiyyə etdiyi məhsullardır.
Daha sonra, Goranboy rayonuna səfər olunmuş, rayonun Təhsil İdarəsi ilə görüş təşkil olunmuş, keçirilmiş tədbir haqqında müzakirələr aparılmış və qərara alınmışdır ki, növbəti həftələrdə bu cür sərgi Goranboy rayonunda da təşkil olunsun.
Sonda tədbirdə iştirak edən valideynlər və müəllimlər tədbirin ərsəyə gəlməsində keçirdikləri bu tədbir üçün təşkilatçılara öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq rayonların Təhsil şöbələrinə, Mazarina firmasına və tədbir boyu əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk