20160725_121316_resized

28 Iyul Ümumdünya Hepatitlə mübarizə Günü qeyd edildi

Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi məlumatlara əsasən dünyada 400 million insan “B virus hepatit”ə yoluxublar. Hər il 6-10 million insan bu virusa yoluxur.  Bu virusa yoluxan  insanların  95%- i yoluxma barədə bilmir. C Virus Hepatit  ilə xəstələnənlərin 90%  3-6 ay ərzində müalicə oluna bilərlər.

AzQAC-in  “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “28 İyul Ümumdünya Hepatitlə mübarizə Günü” ilə əlaqədar maarifləndirici tədbirlər təşkil olunmuşdur.  Belə ki, İyul ayının 25-dən 28-dək Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Sabunçu Rayon Bölməsinin əməkdaşlarının iştirakı ilə sabunçu rayonun İcra Hakimiyyəti, Sosial müdafiə Mərkəzində, rayonda yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanasında əhali  arasında  hepatitlərə dair (Ümumdünya Səhiyyə Təşkilatının əhalinin hepatit barədə məlumat səviyyəsini öyrənmək məqsədilə  hazırlanan)  sorğu keçirilmiş və maarifləndirici söhbətlər  aparılmışdır.  Bununla yanaşı adı çəkilən sorğu AzQAC-in gərargah əməkdaşları, SOS-Uşaq kəndlərinin Gənclər Mərkəzi, “Gender bərabərliyi” İçtimai təşkilatı tərəfindən keçirilən Analıq məktəbi kursun iştirakçılar və əczaçılıq kompaniyanın nümayyəndələri arasında da sorğular keçirilmiş, maarifləndirici seminarlarlar  təşkil olunmuşdur. Sorğuda 156 nəfər iştirak etmişdir. Görüşlər zamanı müəyyən olundu ki, hepatit mövzusu insanları maraqlandırır. Bəziləri isə onların ətrafında xəstə insanların olmasını, və hətda müalicə olduqlarını, digərləri isə bu xəstəlikdən vəfat etdikləri barədə məlumatlarla paylaşmışlar.

Sorğuların təhlili göstərdi ki, insanlar (80%)  hepatitə daha çox tibbi müayinə zamanı yoluxmanı,  95% -i xroniki hepatitin daha çox qara ciyər sirrozu xəstəliyi ilə nəticələnməsini, və  70%-i virusa yoluxan insanların 50%-i  bu haqda məlumatlı olduqları  cavabları  qeyd etmişlər. Hepatitlərin müalicə olunması barədə  isə  respondentlərin 87 %-i  bu xəstəlikdən yalnız 5 % halda müalicə olunması cavabını qeyd etmişlər..

AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova isə Ümumdünya Səhiyyə Təşkilatının “28 İyul -Ümumdünya Hepatit Günü”  ilə əlaqədar hazırlanmış geniş məlumatları görüşlərdə  ştirak edənlərə təqdim etmişdir.  “Hepatit haqqında bilin və addım atın! şüarı altında keçirilən görüşlərdə hepatitləri törədən viruslar (A, B, C, D vəd.), xroniki  hepatit xəstəliyinin qara ciyər ssirozu, qara ciyərin xərçəngi və qara ciyər çatmamazlığı kimi vəziyyətlərlə nəticələnməsini,  virus B cə C tək tibbi müayinə zamanı deyil, eləcədə cinsi əlaqələr, eyni tibbi ləvazimatlardan istifadə və qan köçürmə zamanı yoluxmaq mümkünlüyü barədə təqdim edilən məlumatlar çatdırılmışdır. Bununla bağlı iştirakçılara vaxtında müayinənin vacib olduğunu və müalicə proqramına mütəxəssislər tərəfindən cəlb  olunması məqamlar xüsusi   vurğulanmışdır.

Bu günün qeyd olunması 28-İyul   tarixi  Virus B kəşv edən və buna görə Nobel mükafatına layiq görülən Baruch Blumbergin ad gününə təsadüf edilir.IMG-20160725-WA0002_resizedP1080487 P1080509 P1080574P1080456 P1080476

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.