Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi məlumatlara əsasən dünyada 400 million insan “B virus hepatit”ə yoluxublar. Hər il 6-10 million insan bu virusa yoluxur. Bu virusa yoluxan insanların 95%- i yoluxma barədə bilmir. C Virus Hepatit ilə xəstələnənlərin 90% 3-6 ay ərzində müalicə oluna bilərlər.
AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “28 İyul Ümumdünya Hepatitlə mübarizə Günü” ilə əlaqədar maarifləndirici tədbirlər təşkil olunmuşdur. Belə ki, İyul ayının 25-dən 28-dək Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Sabunçu Rayon Bölməsinin əməkdaşlarının iştirakı ilə sabunçu rayonun İcra Hakimiyyəti, Sosial müdafiə Mərkəzində, rayonda yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanasında əhali arasında hepatitlərə dair (Ümumdünya Səhiyyə Təşkilatının əhalinin hepatit barədə məlumat səviyyəsini öyrənmək məqsədilə hazırlanan) sorğu keçirilmiş və maarifləndirici söhbətlər aparılmışdır. Bununla yanaşı adı çəkilən sorğu AzQAC-in gərargah əməkdaşları, SOS-Uşaq kəndlərinin Gənclər Mərkəzi, “Gender bərabərliyi” İçtimai təşkilatı tərəfindən keçirilən Analıq məktəbi kursun iştirakçılar və əczaçılıq kompaniyanın nümayyəndələri arasında da sorğular keçirilmiş, maarifləndirici seminarlarlar təşkil olunmuşdur. Sorğuda 156 nəfər iştirak etmişdir. Görüşlər zamanı müəyyən olundu ki, hepatit mövzusu insanları maraqlandırır. Bəziləri isə onların ətrafında xəstə insanların olmasını, və hətda müalicə olduqlarını, digərləri isə bu xəstəlikdən vəfat etdikləri barədə məlumatlarla paylaşmışlar.
Sorğuların təhlili göstərdi ki, insanlar (80%) hepatitə daha çox tibbi müayinə zamanı yoluxmanı, 95% -i xroniki hepatitin daha çox qara ciyər sirrozu xəstəliyi ilə nəticələnməsini, və 70%-i virusa yoluxan insanların 50%-i bu haqda məlumatlı olduqları cavabları qeyd etmişlər. Hepatitlərin müalicə olunması barədə isə respondentlərin 87 %-i bu xəstəlikdən yalnız 5 % halda müalicə olunması cavabını qeyd etmişlər..
AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova isə Ümumdünya Səhiyyə Təşkilatının “28 İyul -Ümumdünya Hepatit Günü” ilə əlaqədar hazırlanmış geniş məlumatları görüşlərdə ştirak edənlərə təqdim etmişdir. “Hepatit haqqında bilin və addım atın! şüarı altında keçirilən görüşlərdə hepatitləri törədən viruslar (A, B, C, D vəd.), xroniki hepatit xəstəliyinin qara ciyər ssirozu, qara ciyərin xərçəngi və qara ciyər çatmamazlığı kimi vəziyyətlərlə nəticələnməsini, virus B cə C tək tibbi müayinə zamanı deyil, eləcədə cinsi əlaqələr, eyni tibbi ləvazimatlardan istifadə və qan köçürmə zamanı yoluxmaq mümkünlüyü barədə təqdim edilən məlumatlar çatdırılmışdır. Bununla bağlı iştirakçılara vaxtında müayinənin vacib olduğunu və müalicə proqramına mütəxəssislər tərəfindən cəlb olunması məqamlar xüsusi vurğulanmışdır.
Bu günün qeyd olunması 28-İyul tarixi Virus B kəşv edən və buna görə Nobel mükafatına layiq görülən Baruch Blumbergin ad gününə təsadüf edilir.