Hər il oldugu kimi bu il də Müqəddəs Qurban bayramı münasibəti ilə bir cox idarə və müəsissələr,şəxsi insanlar tərəfindən qeydiyyatımızda olan tənha,kimsəsiz,atılmız qocalara,saglamlıq imkanları məhdud olan uşaqlara qurban əti göndərildi.
Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən 200 nəfərə,Azərkimya İB-i 30 nəfərə,Azertexnolayn MMC 65 nəfərə,Türk səfirliyinin Diyanet işleri başqanlıgından 50 nəfərə,AzQAC fəxri donoru Hacı Səbuhi Rəcəb 16 nəfərə,adının hallanmasını istəməyən ayrı-ayrı xeyirxah insanlar 80 nəfərə,ümumilikdə bayram ərəfəsində 441 ehtiyaclı insanlara Qurban əti paylanılmış,60 nəfərə isə ehsan süfrəsi verilmişdi.Ehsan süfrəsi Zeytun restoranının rəhbərliyi tərəfindən təmənnasız istifadəmizə verimişdi.Göndərilən qurban əti siyahı üzrə ahıllara və saglamlıq imkanları məhdud olan uşaqların valideynlərinə verildi.Yataq xəstələrinə Qurban payları evlərində təqdim olundu.
Bütün bu tədbirlərin ərsəyə gəlməsində cəmiyyətimizin sütunu olan könüllülərin fəaliyyəti danılmazdı.Əməyi keçən hər kəsə təşəkkürlər.