Tədbir Beynəlxalq Qızıl Xaç və Qızıl Ayapara Cəmiyyətlərinin Avropa zona ofisi tərəfindən Tacıkistan Respublikasının Nurek şəhərində 2016-cı il sentyabr ayının 25-dən – 29-a kimi təşkil olunmuşdur. Bu təlimatda Azərbaycan, Belarus, Ukrayna, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qızğızstan və Tacıkistan ökələrindən olan nümayəndələr iştirak etmişlər.
Təlimat bir necə hissəyə bölünmüşdür. Ssenariya uyğun olaraq birinci gün ərzində iştrakçılar işçi qruplara bölünmüş və fövqəladə hallar barəsində müəyyən informasiya çatdırılmışdır. İştirakçılara region səviyyəsində qrup şəklində fəlakətlərə necə cavab verilməsi və hazırlıqlı olması, məlumatın idarə edilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, Qeyri-Hökümət Təkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığın qurulması qaydaları, onların müxtəlif şəraitdə rolları təqdimatlar və qrup oyunlarının vasitəsilə izah edilmişdir. Təlimin ikinci günündə isə sahə təlimi keçirilmişdir. Qruplar Nurek şəhərinin yüksək rutbəli nümayəndələri ilə görüşmüş və gələcək iş üçün müəyyən məlumatları əldə etmişlər. Daha sonra qruplar İlk yardıma, Psixososial dəstəyə aid simulyasiyalar, çadırların qurulmasını və humanitar yardımın paylanmasını həyata keçirmişlər. Təlim çox yüksək səviyyədə keçmiş və təlimin sonunda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Avropa zona ofisinin FH üzrə koordinatoru cənab Ruben Romeronun başçılığı altında koordinasiya görüşü keçirilmişdir. Görüşdə gələcək işlərin konsepsiyası müzakirə olunmuş və iştrakçılar tərəfindən olkələrdə fövqəladə hallara cavabvermə sahəsində görülmüş işlər haqqında prezentasiyalar təşkil olunmuşdur.
Bu tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə təmsil etmişdir.