04.10.2016-cı ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC)Silahlara Qarşı Mübarizə proqramı koordinatoru, Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanovun və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Silahlara Qarşı Mübarizə proqramı üzrə yeni təyin olunmuş regional məsləhətçi Paramdip Mtsaru ilə BQXK-nın Baki ofisində Regional Əlaqələr Koordinatoru Qreqori LE COQ və Əlaqələr üzrə məsul nümayəndə Lyudmila Şepelovanın da iştirakı ilə müştərək təqdimat görüşü baş tutmuşdur.
Görüşün məqsədi Silahlara Qarşı Mübarizə proqramı üzrə yeni təyin olunmuş regional məsləhətçi Paramdip Mtsaru ilə Məmməd Kətanovu tanış etmək və onun gələcəkdə Bakı nümayəndəliyi xətti ilə gələcəkdə dəstəyinin artması və (AzQAC) Silahlara Qarşı Mübarizə proqramının strukturunun, fəaliyyətlərinin və BQXK-AzQAC Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində tərəfdaşlığın növbəti addımlarının təqdimatı idi. Xanım Paramdip əvvəlki məsləhətçi cənab Herbinin Rusiyaya missiyaya göndərilməsi ilə əlaqədar olaraq 2016-cı ilin sonuna kimi 5%,2017-ci ilin Yanvar ayından isə 20 % nisbətində öz fəaliyyətini artıracağını bildirmişdir.
AzQAC Silahlara Qarşı Mübarizə proqramı koordinatoru, Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanov da öz növbəsində xanım Paramdipi bu missiyada yer aldığı üçün təbrik etmiş, ona müvəffəqiyyətlər arzulayaraq, rəhbəri olduğu layihə və onun fəaliyyət imkanları, Təhlükəsiz Oyun Meydançalarının tikilməsi, onların yeri, sponsorları, ANAMA təşkilatı ilə əməkdaşlığın vacib məqamları, BQXK-nın dəstəyi ilə mina qurbanlarına social-iqtisadi yönümdə maliyyə köməyindən danışdı.
Sonra görüşün sonrakı mərhələsi BQXK tərəfindən dəstəklənən Silahlara Qarşı Mübarizə proqramının illik hesabat xarakterli görüşünün təşkilində nəzərdə tutulan yeniliklərin və xüsusi hazırlanmış məlumat xarakterli Bilbordların quraşdırılmasının vaxt, icra və monitorinqi mexanizminin və bu yöndə BQXK və AzQAC olaraq müştərək öhdəlik bölgüsünün müzakirəsinə həsr edildi. Fəaliyyət məqamı kimi BQXK tərəfindən tövsiyyə olundu ki, Məmməd Kətanov Görüşün planında Silahlara Qarşı Mübarizə proqramına həsr olunmuş mövzuların çoxluğuna diqqət verərək proqramı təkrarən Xanım Paramdipə göndərsin, AzQAC-i maraqlandıran digər mövzuların müzakirəsi üçün mwvafiq olaraq Məmməd Kətanov, Səbinə Məhbubi-İran və Qreqori LE QOQ-un iştirakı ilə başqa bir görüş planlaşdırılsın və Pilot olaraq Təhlükəsiz Oyun Meydançası layihəsinin BQXK və AzQAC ilə növbəti müzakirəsi təşkil edilsin.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından Məmməd Kətanov BQXK tərəfindən dəstəklənən Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində maliyyə dəstəyi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkür etdi və gələcək uğurlu əməkdaşlığa ümidvar olduğunu bildirdi. Xanım Paramdip də bu görüşdən məmnun olduğunu bildirərək ümumi məqsəd üçün birgə layihənin daha da perspektiv və qənaətbəxş olması üçün cəhd edəcəklərini söylədi.