p1080952

Gənclərə “Psixi sağlamlıq olmadan sağlamlıq olmaz” adlı seminar keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə fəaliyyət göstərən yerli və QHT-la birgə  əhali arasında müxtəlif sağlamlıqla bağlı problemərinə həsr edilən geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki, 2016-cı il oktyabrın 22-də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi   Kitabxanasında  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində  gənclər üçün oktyabrın 10-nu  Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən  seminar təşkil olunmuşdur.  AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru  Mətanət Qaraxanova seminar iştirakçılarını salamlayaraq,  Ümumdünya Psixi Sağlamlıq Günün qeyd olunmasının məqsədi, insanın sağlamlığı, təhsil, ailə və iş münasibətləri, sosial durumu və iqtisadi vəziyyəti kimi bir çox amilərin onun psixi sağlamlığına təsiri barədə qısa açıqlama verdi. Cəmiyyətin  “Psixoloji Dəstək” proqramının kordinatoru, İsmayıl Atayev isə gənclərə insanın cəmiyyəttə  stressə qarşı adaptasiya mexanizmləri barədə,  psixi sağlamlığın   qorunması   məsələlərinə dair geniş məlumatlar təqdim etdi. Sonra İ.Atayev seminar iştirakçıların  onların həyatında rastlaşdığı problemlərlə bağlı verilən  suallarını cavablandırdı.

Sonda iştirakçılar seminarın təşkilatçılarına təşəkkür bildirib,  bu kimi seminarların mütəmadi keçirilməsini  arzulamışlar.p1080925 p1080930 p1080940

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.