p1090058

Astara rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.

Hər il olduğu kimi,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri  bu tədbirlər çərçivəsində yerli qurumlarla birgə  maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir. Belə ki, noyabr ayının 14-də AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Astara rayon Mərkəzi Xəstəxanasında Lənkaran, və Astara rayonlarında fəaliyyət göstərən uşaq həkimlərilə təşkil edilən görüşdə proqramın kordinatoru Mətanət Qaraxanova tərəfindən Uşaq hüquqları ilə bağlı geniş  məlumatlar təqdim edilmişdir. O, pediatrları Uşaq Hüquqları Konvensiyaya daxil edilən maddələrlə tanış etdi və həkimləri uşaqların sağlamlığının keşiyində həyata keçirilən fəaliyyətlərə uşaq hüquqları prizmasından yanaşaraq, bu sahədə   fəal olmağa çağırmışdır.   Bununla yanaşı tədbirdə iştirak edən AzQAC Astara rayon bölməsinin sədri Asif Hüseynquliyev həkimlərə miqrasiya ilə bağlı məlumatları çatdırmış, əyani vəsaitlər paylamışdır.p1090056 p1090057

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.