image7

Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti cəbhə xətti bölgələrində yerləşən rayon bölmələrinin təlimatçılarına təkmilləşdirilmiş İlk Yardım təlimi təşkil edildi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkili və dəstəyi ilə cəmiyyətin  cəbhə xətti bölgələrindən dəvət olunmuş 15 nəfər  İlk Yardım təlimatçılarına təkmilləşdirilmiş 5 günlük “İlk Yardım” təlimı aparılmışdır.

 Təlimun əsas məqsədi AzQAC-ın İlk Yardım üzrə təlimatçılarının bilik və bacarıqlarının səviyyəsini artırmaq və bununla yerlərdə mükəmməl İlk Yardım təlimatçı nümayndələrinin mövcud olduğuna nail olmaqdır.

Təlim zamanı iştirakçılara bir neçə vacib ismarıclar çatdırılmışdır. Belə ki, qeyd olunmuşdur ki, Aparıcı Təlimçı adı hamısına deyil yalnız tədbir boyu hərtərəfli özlərini fəal, yüksək səviyyədə bilik və bacarıqlarını nümayiş etdirən, praktiki məşqələlərdə, mövzuların səlist təqdimatında iştirak edən və tədbirin son mərhələsi olan test yoxlanılmasından keçən iştirakçılara veriləcək. Digərləri Aparıcı Təlimçının köməkçisi və İlk Yardım göstərən nümayədənin adına layıqlı görünəcəklər.

Açılış zamanı AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran iştirakçıları salamlayaraq onlara yaradılmış fürsətdən istifadə edib biliklərinin artırlmalarını, praktiki məşğələlər zamanı fəal qoşulmaqlarını və xüsusi sullar yarandığı halda İlk Yardım mütəxəssislərinə müraciət etmələrini tövsiyə etdi. Bununla yanaşı iştirakçıalardan nizam-intizam qaydalarına riayyət etmələrinin vacib olduğu bildirildi.

Təlim zamanı İlk Yardıma həsr edilmiş hissədə iştirakçılar İlk Yardım nə deməkdir, kimin tərəfindən və kimlərə təqdim oluna biləcəyi bir daha xatırlandırıldı. Vurğulandı ki, İlk Yardım hər hansısa baş vermiş hadisə zamanı ixtisaslı köməyin gəlməsindən öncə insanın həyatının xilas etməsi üçün aparılan yardımdır. İlk Yardım göstərildiyi halda İlk Yardımçı ilk növbədə özünün, zərərçəkənin və ətrafdakıların təhlükəsizliyi haqqında fikirləşməlidir. Hadisə yerinin düzgün yoxlanılması, Zərərçəkənin müayinəsi, Kritik halların (şuuru özündə olmayan nəfəs salan və şuuru özündə olmayan və nəfəs almayan zərərçəkmişlər və onların müayinəsi, şok) tanınması, Yad çismin tənəffüs yollarında olmasının nəticəsində boğulma və  tənəffüs çətinliyi, Qanaxmalar, Yaralar/Zədələnmələr, Sınıqlar, Yanıqlar,  Zəhərlənmənin növləri, Temperaturun təsiri (isti və soyuq) mövzularından ətraflı məlumat təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, bundan öncə aparılan təlimlərdən fərqli olaraq   iştirakçılar çoxlu praktiki məşqələlərə komanda və individual şəkildə cəlb olunmuşdur.  Verilmiş biliklərin praktiki şəkildə tədbiq olunması onların daha yaxşı yadda saxlanılması üçün və zərurət yaradınğı halda tez bir zamanda tədbiq olunması üçün faydalıdır. Praktiki məşqələlər zamanı şuuru özündə olmayan nəfəs salan zərər çəkmiş insanın bərpa vəziyyətinə qoyulması xüsusi ilə olaraq vurğulanmışdır. Eyni zamanda iştirakçılara zərər çəkmişlərin müxtəlif qaydada daşınma üsulları nümayiş etdirilmişdir.

Təlim zamanı İlk Yardımla yanaşı İlk Psixoloji Yardımın (İPY) göstərilməsi məsələsinə də toxunulmuş və izah edilmişdir ki, İlk Yardımı göstərən zaman İPY zərər çəkmişə və onun ətrafında olan insanlara  dəstəyin göstərilməsi, onların sakitləşdirilməsi və imkan olduğu halda hətta onların köməyindən səmərəli qaydada istifadə olunması deməkdir.

5 günlük təlim test imtahanın keçirilməsi ilə bitirilmişdir. İştirakçılara bildırılmışdır ki, təlim zamanı aparılan geydlər və testin nəticələri son verilən yekuna öz təsirini göstərəcəkdir və 3 aydan sonra belə bir formada növbəti təlimin təşkil olunması ehtimalı var. Bu o deməkdir ki, iştirakçılara əlavə olaraq verilən vaxt ərzində  bilik və bacarıqlarının təkmilləşdirilməsi imkanı yaradılır.

Sonda iştirakçılar hər iki təşkilata belə bir maraqlı tədbirin keçirilməsinə görə təşəkkürlərini bildirdilər.

Təlimin əsas aparıcıları BQXK-nin Sağlamlıq üzrə mütəxəssisi doktor Salah Raya, BQXK-nin Sağlamlıq bölməsinin asistenti doktor Teymur  Mirzəbəyli və əlavə dəstək AzQAC-ın İlk Yardım üzrə ekspert-məsləhətçisi doktor Şahin Biləndərli tərəfindən edilmişdir.image2 image4 image5 %d0%9a%d0%be%d0%bf%d0%b8%d1%8f-image1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.