Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllara humanitar yardımlar paylanıldı. Adının hallanmasını istəməyən iki xeyriyyəçilərimiz tərəfindən 84 nəfər ehtiyaclı ahıllarımız sevindirildi.Belə ki,dəvət olunan ahıllar bayram münasibəti ilə təbrik olunaraq,hər birinə hazırlanmış bayram sovqatı paylanıldı.Ahıllar da öz növbələrində nəinki bayram günlərində,eləcə də hər ay onları unutmayan xeyriyyəcilərə və bölmə sədri Mətanət Məhərrəmovaya diqqət və qayğı ücün dərin təşəkkürlərinin bildirmiş,xoş arzularını catdırmışdılar.Yataq xəstələrinə bayram sovqatları könüllülər tərəfindən evlərində çatdırıldı.