foto (217)

Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin kollektivi imkansızlıq şəraitində yaşayan çoxuşaqlı Şəfizadələr ailəsini sevindirmişlər

Xeyriyyəçi qrup xeyli müddətdir ki maddi sıxıntılarla üzləşmiş ailənin görüşünə xeyirxahlıq, mərhəmət missiyası ilə gedərək, özləri ilə müəyyən müddət ailənin ehtiyacını ödəyə biləcək ərzaq məhsulları aparmış, azyaşlı 5 uşağın hər birinə xeyli yay-qış paltarları, ayaqqabılar, məktəb ləvazimatları, oyuncaqlar və s. hədiyyə etmişdir.

Böyüyünün 10, ən kiçiyinin isə 2  yaşı olan uşaqlar gözlənilməz qonaqların özləri kimi də gözlənilməz olan hədiyyələrinə görə sevinclərini gizlətməmiş, öz sevincli baxışları, gülüşləri ilə minnətdarlıq etmişlər.

Bu cür diqqət və qayğıdan, mehriban, səmimi münasibətdən fərəhini gizlətməyən gənc ana – Natəvan xanım ailəsinə maddi və mənəvi yardım olduqlarına görə bu xeyirxah adamlara dərin minnətdarlığını, təşəkkürünü bildirdi.foto (2) foto (130) foto (139) foto (186) foto (210) foto (220) foto (228) foto (231)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.