Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Sumqayıt şəhər İşra hakimiyyətinin 09.02.2017-ci il tarixli sərəncamına əsasən 9 saylı orta məktəbdə Mülki Müdafiə tədbiri keçirilmişdir.Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin müavini Teymur Səmədov,Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov,Sumqayıt regional fövqaladə hallar və mülki müdafiə şöbəsinin rəisi Emil Əliyev, AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova məktəbin işci heyəti və şagirdləri AzQAC-nin könüllülərdən ibarət Mobil dəstəsi fəal iştirak etmişdi.