Artıq 67 ildir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq dünyada qeyd olunur. Bu günü uşaqların müdafiəsinə həsr etmək qərarı BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub.
Dünyanın bütün ökələrində olduğu kimi , bu gün Azərbaycanın da bütün bölgələrində,məktəblərdə, müəssisələrdə rəngarəng tədbirlərlə qeyd olunur. Azərbaycanda hökumət və qeyri – hökumət təşkilatları tərəfindən uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir.
01 iyun tarixində səhər Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyi Nizami rayon filialında qeydiyyatda olan üzvlərin 100 nəfər azyaşlı uşaqları üçün Nizami rayon Qızıl Aypara Cəmiyyəti və Bakı regional mərkəzinin təşəbbüsü ilə veteran və şəhid ailələri ilə görüş keçirildi. Görüşdə Regional mərkəzin sədri və əməkdaşları, Nizami rayon Icra hakimiyyəti, digər rayonların veteran cəmiyyətləri nümayəndələri, AzQAC-ın Miqrasiya şöbəsindən Sona Hacıyeva və Seymur Rəhimov iştirak edirdilər. Tədbirdə Regional mərkəzin sədri Rəna İbrahimova, AzQAC-ın Miqrasiya şöbəsindən Sona Hacıyeva ,İcra Hakimiyyətinin nümayəndəsi Əli Axundov və digər çıxış edənlər bu günün uşaqların həyatında xüsusi yeri olduğunu qeyd edərək onları təbrik etdilər və onlara Nizami rayon QAC-ın təşkil etdiyi hədiyyələr paylandı.
Həmin gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı baş ofisində də miqrasiya şöbəsinin və Nizami rayon şöbəsinin təşkilatçılığı ilə başqa bir tədbir də keçirildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə ölkəmizi müvəqqəti sığınacaq seçmiş 16 miqrant ailəsinin uşaqları da valideynləri ilə birgə bayram münasibətilə tədbirə qatıldılar. AzQAC-ın vitse-prezidenti Ramazan Sultanov uşaqları və valideynləri salamladı və onları özü və Aypara kollektivi adından təbrik etdi, onlara xoşbəxt gələcək arzuladı. Sonra onlara Nizami rayon şöbəsi tərəfindən oğlanlar və qızlar üçün məxsusi hazırlanmış hədiyyə paketləri paylandı. Uşaqların sevinci aşıb-daşırdı.Uşaq dünyası həmişə sevgi və sevincə möhtacdır. Xoş o kəslərin halına ki,heç olmasa bir uşağa bu sevgini və sevinci yaşada bilsin. Sona Hacıyeva da uşaqlarla söhbətlərində uşaqlara siyasətsiz, müharibəsiz, sağlam bir dünyanın gərək olduğunu, dünyada uşaq təbəssümündən də qiymətli heç nəyin olmadığını vurğuladı və Nizami rayon şöbəsinə və şəxsən Rəna xanıma minnətdarlığını bildirdi. Azərbaycan dili kursunun şagirdləri şerlər söylədilər, Aypara himnini oxudular.
Tədbirin əsas məqsədi uşaqlara olan diqqət və qayğını təcəssüm etdirmək idi.
Miqrant ailələr və uşaqları tədbirdən hədsiz razı qaldılar və tədbirin təşkilatçılarına və Az. QAC-nə təşəkkür edərək söylədilər ki, onlar həmişə Aypara cəmiyyətinin diqqət və qayğısını hiss edirlər.
Tədbirdə miqrasiya şöbəsinin əməkdaşı Seymur Rəhimov və təchizat şöbəsinin assistenti Renat Vəliyev də iştirak edirdilər.
01.iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Az.QAC Nizami RB Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyi Nizami rayon filialında qeydiyyatda olan üzvlərin 100 nəfər azyaşlı uşaqları üçün tədbir keçirdi.Tədbiri giriş sözü ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Məhin Mehtiyev açaraq iştirakçıları salamlayıb,bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad etməyi xahiş edib. Vətən uğrunda döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından danışıb.Ovladlarının da vətənə layiqli igid,mərd,vətənpərvər böyüyüb vətənə xidmət edəcəklərinə inandığını vurğulayıb.Az.QAC Nizami rayon bölməsinin sədri Rəna xanıma hər zaman onlara dəstək olduğu üçün İctimai Birlik adından minnətdarlığını bildirib.Rəna xanım da çıxış edərək Aypara Cəmiyyətinin hər zaman vətən uğrunda canını qurban verib şəhidlik zirvəsinə yüksələn şəhidlərimiz,əllillik statusu almış qəhrəman övladlaımız,qəhrəmancasına vuruşub alnı açıq qayıdan veteranlarımız ilə fəxr etdiyini bildirib.Daima onların övladlarını düşünüb balaca körpələrin,yeniyetmələrin qayğısına qaldıqlarını,mənəvi dayaq olduqlarını bildirib.Az.QAC Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva,Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Axundov çıxış edərək Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik ediblər.Qarabağ Müharibəsi Veteranlarının övladları çıxış edərək vətənə aid şerlər söyləyiblər.Sonda uşaqlara hədiyyələr təqdim olunub.