30-31 may 2017-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Belarus, Ukraina nümayəndələrinin iştirakı ilə Şərq Tərəfdaşlığı ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının alınması, Hazırlıq və Cavab tədbirləri üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Proqramı (PPRD East 2) çəçivəsində “Mülki müdafiə sahəsində və təbii fəlakətlər zamanı könüllülərin rolu” mövzusunda regional seminarı keçirilmişdir.
Seminarda PPRD East2 proqramının ekspertləri və iştrakçılar arasında mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır. Hər ölkənin nümayyəndələri öz ölkədə fövqəladə hallar zamanı Könüllülük sisteminin inkişafından, dövlətin bu sahədə gayğısından və normativ hüquqi baza sahəsindən geniş təqdimat ilə çıxış etdilər.
Məlumat üçün qeyd etmək lazımdır ki, PPRD East 2 Proqramı Şərqi Avropa Ölkələrində sülh, stabillik, təhlükəsizlik və firavanlığa töhfə verir. Proqram eləcə də ölkələrin texnogen və təbii mənşəli fəlakətlərə davamlılığını, hazırlığını və cavab tədbirlərini gücləndirməklə regionun ətraf mühitini, əhalisini, mədəni irsini, resurs və infrastrukturunu qorumağı hədəfləyir. PPRD East 2 Proqramı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada fəlakət risklərinin idarəedilməsi potensialının milli səviyyədə gücləndirilməsinə yardım edir, Tərəfdaş Ölkələr arasında regional əməkdaşlığı gücləndirməyi hədəfləyir və Tərəşdaş Ölkələri Aİ-nin Mülki Müdafiə Mexanizminə yaxınlaşdırır. Bu layihənin koordinasiya rolunu Azərbaycan üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 5,5 milyon AVRO büdcəsi olan Proqram dörd il davam edəcək.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə iştrak etmişdir.