06.06.2017-ci il tarixdə MKS 1 saylı filialında “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu RİHB Aparatının nümayyəndəsi və digər qonaqlar iştirak ediblər.
İlk olaraq, “İnsan Hüquları” ilə bağlı video – çarxa baxış keçirildi. Daha sonra çıxış edənlər insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.