FFF

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Ramazan ayında xeyriyyəçilik aksiyası keçirildi

Hər zaman Aypara Cəmiyyətinin humanizim,könüllü xidmət prinsiplərinə uyğun xidmət göstərib,aztəminatlı ailələri düşünən,ehtiyacı olan insanlara xeyriyyəçi əlini uzadıb onlara yardım edib mənəvi dayaq olan Az.QAC Nizami rayon bölməsi Ramazan ayında da bu missiyasına sadiq qaldı.11.05.2017-ci il tarixində Nizami rayon bölməsi “Funda” və “ Xətai”özəl klinikalarının həkimləri ilə birgə Füzuli rayonunun Horadiz qəsəbəsində məskunlaşmış 187 nəfər Füzuli rayon qaçqınları üçün pulsuz tibbi müayinə xeyriyyəçilik aksiyası keçirdi.Tədbirin keçirilməsi üçün Sabirabad  RM koordinatoru Vilayət Muradlının rəhbərliyi ilə Füzuli RB sədri Ramiq Sadıqovun və rayon bölməsinin könüllülərinin təşkilatçılığı ilə Füzuli Rayon Mərkəzi Klinikasında və Dioqnostika Mərkəzində yüksək səviyyədə hazırlıq işləri təşkil olunmuşdu. “Xətai” özəl klinikanın koordioloqu Rəşad Əliyev, “Funda” özəl klinikanın həkim  -pediatorı Kənan Qarayev,USM həkimi Rəşad Əhmədov, həkim-psixoloq Bəxtiyar Mustafayev,tibb bacısı Turanə Şəfiyeva Füzuli rayon Mərkəzi Klinikasında,həkim –oftomoloq  Bəhruz Nuri, həkim-oftomoloq Xəyalə xanım Dioqnostika Mərkəzində xəstələri qəbul ediblər.Füzuli rayon bölməsinin könüllüləri və Nizami rayon bölməsinin təlimatçısı Gülnarə Məmmədova xəstələri növbə ilə qeydiyyata alıb onları  lazımı həkimlərə unvanlayıblar.Həkimlər onlara müraciət edən xəstələri müayinə edərək xəstəliklərini müəyyən edib düzgün diaqnozlar qoyublar.100 nəfər xəstəyə dərman peraparatları yazıb 7 gün ərzində pulsuz –təmənnasız çatdıracaqlarını bildiriblər. Nizami rayon bölməsinin sədri Rəna İbrahimova aksiyanın keçirilməsi üçün yüksək səviyyədə təşkil edilib hazırlanmasında, əməkdaşlıqları üçün Sabirabad RM koordinatoru Vilayət Muradlıya, Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqova və könüllülərə öz dərin təşəkkürünü bildirib. Vilayət Muradlı da öz növbəsində məhz onların rayonunda bu möhtəşəm aksiyanın keçirilməsi, yüksək səviyyəli həkimlərin aztəminatlı ailələri müayinə etdikləri üçün Regional Mərkəzin əməkdaşları və müayinə olunanlar adından minnətdarlığını bildirb,belə aksiyaların davamlı olmasını arzulayıb.Həkim –pediator Kənan Qarayev də həkimlər adından aksiyanın keçirilməsində zəhməti olan bütün tədbir iştirakçılarına dərin təşəkkürünü və minnətdarlığını bildirib.

F1 1 F1 F2 F3 F4 F5 F6 F7 F8 F9 F10 F11 F12 F13 2 F13 F14 F15 F16 F17 F18 F19 F20 F21 F22 F23 F24 F25 FFF P1090826

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.