“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində 2017-ci il iyun ayının 8-də İsmayıllı rayonunun Sumağallı kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiyə Planına uyğun olaraq, Təxliyyə, Axtarış, Xilasetmə və İlk yardıma dair simulyasiya tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru Elşən Səlimzadə iştirakçıları AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun, Cəmiyyətin çoxsaylı üzvləri, könüllüləri və kollektivi adından salamlamışdır. Çıxışında keçiriləcək təlimin önəmindən bəhs etdi. Şagirdlərin və müəllim heyətinin fövqəladə hallar zamanı təhlükəsiz şəkildə təxliyyə edilməsinin vacibliyindən danışdı.
Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilmişdir. Xəsarət alan şagirdlərə ilk yardım göstərilmişdir. Onlara psixoloji dəstək göstərilmişdir.
Təlimin sonunda tədbirdə iştirak edən müəllimlər və yuxarı sinif şagirdləri fərqləndiklərinə görə mükafatlandırılmışdır.
Təlimin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilmişdir.