Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi fasiləsiz olaraq 65 il çalışmış Fomina İvanovna Cəmiyyətin əməkdaşları tərəfindən evində ziyarət edildi. Klavdiya İvanovna 1949-cu ildən 2001-ci ilədək Cəmiyyətin “Neft Daşları” ilk təşkilatına rəhbərlik etmişdir. 2001-2009-cu illərdə isə AzQAC-ın “Neft Daşları və Çilov adası” birləşmiş bölməsinə sədrlik etmişdir. İşlədiyi müddətdə hər zaman ciddiliyi, məsuliyyətliyi, xeyirxahlığı, nizam-intizamı ilə seçilmiş və humanist məramını qoruyub saxlamışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları Klavdiya Fominaya baş çəkdilər, maddi yardım təqdim etdilər. Onunla söhbət etdilər və problemləri ilə maraqlandılar. Söhbət zamanı K.Fominanın keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salınmış, bundan sonra da onun AzQAC-ın diqqət mərkəzində olacağı söylənildi. Sabiq Ayparaçı Fomina Klavdiya İvanovna ona göstərilən belə diqqət və qayğıya görə Cəmiyyətin kollektivinə dərin minnətdarlığını bildirdi.