Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədlərindən biri də yaşa uyğun HİV\QİÇS ilə bağlı biliklərin təmin edilməsi, gənclərə zəkalı qərarların qəbul edilməsində kömək, HİV\QİÇS – in qarşısını almaq üçün sağlamlıqla bağlı davranışın inkişafıdır.
Bununla əlaqədar olaraq, 17-21 iyul 2017-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA)19-ci görüşü keçirildi.
Görüşün əsas məqsədlərindən biri Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA) təşkilati işlərinə baxılması idi. Belə ki, ERNA-nın inkişafında gənclərin rolu, katibliyinin gələcəkdə harada yerləşdirilməsi və keçirilməsi, maliyyə mənbələrinin tapılması, ERNA –nın görüşlərinə gənclərin cəlb olunması idi. ERNA-nın katibliyi olduğu kimi Qırğızıstanın Bişkek şəhərində olması qərarlaşdı.Görüş zamanı 5 gün ərzində müxtəlif təqdimatlar,qrup işləri, layihələrin yazılması kimi işlər aparılmışdı. Ümumilikdə 70 nəfərin iştirakı ilə 23 ölkənin nümayəndələri təmsil olunmuşdu.
.Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini isə İcraçı Katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova təmsil edirdi.