ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə 24 sentyabr 2015-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirdiyi “Azərbaycanda inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə milli potensialın gücləndirilməsi” adlı layihə çərçivəsində “Pasportların yoxlanılması proseduru üzrə” metodik vəsait hazırlanmışdır. Tədbirin birinci hissəsində Azərbaycan dilində çap edilmiş kitabın geniş təqdimatı keçirilmişdir.
Tədbirə açıllış sözü ilə BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak başladı. Daha sonra aidiyyatı üzrə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Murad Nağıyev və ABŞ-ın Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill çıxış etmişdir.
Tədbirin ikinci hissəsində Dövlət Miqrasiya Xidməti ilə BMqT-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən əldə olunan razılığa əsasən Təşkilat milli səviyyədə “Miqrasiya idarəçiliyi və cari tendensiyalar: imkanlar və çətinliklər” mövzuları ilə əlaqədar dövlət qurumları, akademiya və vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə müzakirələr aparmışdır. Mövzu ilə əlaqədar olaraq tövsiyyələr və təkliflər hazırlanaraq qlobal kompakta hazırlıq prosesinə Azərbaycanın tövsiyyəsi kimi təqdim olunacaqdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti BMqT və Dövlət miqrasiya xidməti ilə olan anlaşma memorandumlarına əsasən bu sahədə çox mühüm işlər görür. İstər ölkəmizdə məskunlaşan miqrantlarla iş, istərsə də insan alverinə qarşı mübarizə sahəsində Cəmiyyət bir çox seminarlar təşkil edir. AzQAC sözügedən sahələrdə daim dövlətə dəstək olmuşdur. Tədbirdə AzQAC İnformasiya şöbəsinin müdiri Seymur Hümbətov və Yayım sektorunun rəhbəri Xalid Xəlilov ilə təmsil olunmuşdur.