IMG_7237

Qırğızıstanın Bişkek şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA) siyasətində gənclərin rolu mövzusunda 19-cu görüşü keçirilmişdir

Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədlərindən biri də yaşa uyğun HİV\QİÇS ilə bağlı biliklərin təmin edilməsi, gənclərə zəkalı qərarların qəbul edilməsində kömək, HİV\QİÇS – in qarşısını almaq üçün sağlamlıqla bağlı davranışın inkişafıdır.

Bununla əlaqədar olaraq,  17-21 iyul 2017-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin  HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA)19-ci görüşü keçirildi.

Görüşün əsas məqsədlərindən biri  Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin  HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA) təşkilati işlərinə baxılması idi. Belə ki, ERNA-nın inkişafında  gənclərin rolu,  katibliyinin  gələcəkdə harada   yerləşdirilməsi və keçirilməsi, maliyyə mənbələrinin tapılması,  ERNA –nın  görüşlərinə gənclərin  cəlb olunması  idi. ERNA-nın katibliyi olduğu kimi Qırğızıstanın Bişkek şəhərində olması qərarlaşdı.Görüş zamanı 5 gün ərzində müxtəlif təqdimatlar,qrup işləri, layihələrin yazılması kimi işlər aparılmışdı. Ümumilikdə 70 nəfərin iştirakı ilə 23 ölkənin nümayəndələri təmsil olunmuşdu.

.Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini isə  İcraçı Katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova təmsil edirdi.IMG_1751 IMG_1752 IMG_1776 IMG_1819 IMG_1910 IMG_5622 IMG_5827 IMG_5903 IMG_7237 IMG_7431

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.