Azərbaycan Qızıl Aypara Cəmiyyəti ehtiyaclı olan insanlara xidmət göstərmək missiyasına sadiq qalaraq, istər tibbi – sosial, istərsə də humanitar sahəsində tədbirləri təşkil edir. Bu tədbirlər arasında əhali arasında maarifləndirilmə yönümlü tədbirlərin təşkil olunmasına xüsusi önəm verilir.
Məlumdur ki, Azərbaycanda bir çox dövlət və qeyri dövlət təşkilatları da bu fəaliyyətləri həyata keçirir. Belə təşkilatdan birinu – “SOS – Uşaq Kəndləri” təşkilatını qeyd etmək lazımdır. Uzun illər ölkədə bu təşkilat tərəfindən aztəminatlı, tibbi-sosial tərəfdən riskli qrup ailələrdən olan uşaqlara dəstək və xidmət göstərirlir.
Belə ki, iyul ayının 25-də, “SOS – Uşaq Kəndləri” (AzQAC və “SOS – Uşaq Kəndləri” əməkdaşlıq çərçivəsində birgə tədbirləri həyata keçirilməsi təcrübəsini nəzərə alaraq) tərbiyyə müəssisəsində olan uşaqların anaları üçün “Uşaq sağlamlığı” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova tərəfindən uşağın yaşına uyğun fiziki və psixi sağlamlığı, uşağın inkişafı, ona təsir edən amillər və yaranan çətinliklər zamanı hara müraciət olunmasına dair geniş məlumatlar çatdırılmışdır. Anaların müxtəlif sualları cavablandırılaraq, onlara uşaq inkişafı ilə bağlı lazımi tövsiyyələr verilmişdir. Analar onların problemlərlə olan həyatlarında onları düşünüb, belə maarifləndirici görüşün onlar üçün çox faydalı olduqlarını xüsusi vurğulamışlar. Sonda analara AzQAC-in “Xəstələnmiş uşağa yardım” adlı kitab təqdim edilmişdir.