P1090988

“Uşaq sağlamlığı” mövzusunda seminar təşkil edildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  ehtiyaclı olan insanlara xidmət göstərmək  missiyasına sadiq qalaraq, istər tibbi – sosial, istərsə də humanitar sahəsində tədbirləri  təşkil edir. Bu tədbirlər arasında əhali arasında maarifləndirilmə yönümlü tədbirlərin təşkil olunmasına xüsusi önəm verilir.

Məlumdur ki, Azərbaycanda  bir çox dövlət və qeyri dövlət təşkilatları da bu fəaliyyətləri həyata keçirir. Belə təşkilatdan birinu – “SOS – Uşaq Kəndləri” təşkilatını qeyd etmək lazımdır. Uzun illər ölkədə bu təşkilat tərəfindən aztəminatlı, tibbi-sosial tərəfdən riskli  qrup ailələrdən olan uşaqlara dəstək və  xidmət göstərirlir.

Belə ki, iyul ayının 25-də, “SOS – Uşaq Kəndləri” (AzQAC  və “SOS – Uşaq Kəndləri” əməkdaşlıq çərçivəsində birgə tədbirləri həyata keçirilməsi təcrübəsini nəzərə alaraq) tərbiyyə müəssisəsində olan uşaqların anaları üçün “Uşaq sağlamlığı” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda  AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova tərəfindən uşağın yaşına uyğun fiziki və psixi sağlamlığı, uşağın inkişafı, ona  təsir edən amillər və  yaranan çətinliklər zamanı  hara müraciət olunmasına dair geniş məlumatlar çatdırılmışdır.  Anaların müxtəlif sualları cavablandırılaraq, onlara uşaq inkişafı ilə bağlı lazımi tövsiyyələr  verilmişdir.  Analar onların problemlərlə olan həyatlarında onları düşünüb,  belə maarifləndirici görüşün onlar üçün çox faydalı olduqlarını xüsusi vurğulamışlar. Sonda analara AzQAC-in “Xəstələnmiş uşağa yardım” adlı kitab təqdim edilmişdir.P1090982

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.