Sumqayıt regional FH və mülki müdafiə şöbəsinin illik tədbirlər planına əsasən Azərsu ASC-nin Sukanal İdarəsi və AzQAC Sumqayıt şəhər bölməsi birgə Mülki müdafiə obyekt məşqi keçirdi.Məqsəd zəlzələ zamanı obyekt ərazisində baş verən yanğın zamanı yanğını dəf etmək,şərti xəsarət alanlar xilasetmə dəstələri vasitəsi ilə hadisə yerindən kənarlaşdırmaq və ilk yardım göstərərək Təcili tibbi maşınları ilə xəstəxanaya göndərmək idi.Həmişəki kimi təlim-məşqdə AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə”si bir ədəd çadır qurmuş,9 nəfər heyət və bir Təcili yardım maşını ilə məşqdə iştirak etdi.