Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasına əsasən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin dekabrın 23-də 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət insan sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibb xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına, o cümlədən QİX ilə baxlı ölüm hallarının azaldılmasına, xidmət edir. Bu sərəncamla təsdiq olunmuş strategiyadan sonra Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb. Və bu fəaliyyət planına uyğun olaraq bir çox istiqamətdə işlər görülür və görülməkdə də davam edir”. Belə ki. dekabr ayının 18-də Azərbaycan Respublikası Səhiyyə nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti ilə birgə “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans təşkil olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisin deputatları, müxtəlif adiyəti dövlət qurumları, elmi-tədqiqat institutları, QHT və digər strukturların nümayyəndələri konfransda iştirak etmişlər. Konfransda 2 il ərzində QİX-lə bağlı görülmüş işlərin təhlili və kompleks mübarizə tədbirlərin ilkin nəticələri və 2018-2020 –ci illər üçün prioritet istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, QİX-in müxtəlif aspektlərinin öyrənilməsinə dair ölkədə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə geniş təqdimatlar və çıxışlar olunmuşdur.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyası tərəfindən QYX dair geniş fəaliyyətlərə 2014-cü ildən başlanmışdır. Bununla bağlı ölkələrdə Milli Cəmiyyətlərə “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində müxtəlif strukturlarla birgə ürək-damar xəstəlikləri, şəkərli diabet, xərçəng və xroniki tənəffüs xəstəliklərlə mübarizəyə dair fəaliyyətlərin həyata keçirilməsi tövsiyyə olunmuşdur. Bununla əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Regional Mərkəzləri və Yerli Bölmələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi və digər qurumlarla sıx əməkdaşlıq edərək, QYX-lə bağlı mübarizə, maarifləndirmə işlərini həyata keçirir.
QYX-lə həsr edilən konfransda AzQAC-in İcraçı katibi Səbinə Məhbubi-İran və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova iştirak etmişlər.