FHN Sumqayıt Regional Mərkəzinin 2017-ci il üçün tutulmuş Tədbirlər Planına uyğun olaraq “Fövqəladə Halların yaranmasının 12 illiyi”nə həsr olunmuş “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu ”mövzusunda 14 dekabr 2017-ci il tarixində Əziz Əliyev adına Tibb kollecində FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Təcili Tibbi yardım stansiyasının, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, Tibb kollecinin müəllim və tələbə heyətinin iştirakı ilə nəzəri və praktiki hissədən ibarət maarifləndirici tədbir keçirildi.
Tədbir “Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12 illiyi”nə həsr olunması ilə əlaqədar olaraq kollecin müəllim və şagirdlərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi sahəsində biliklərini artırmaq məqsədi ilə təşkil olunmuşdu.
Kollecin direktoru tədbiri açıq elan edərək tədbir iştrakçılarını salamladı. O, FHN Sumqayıt Regional Mərkəzin kollecdə maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirdi. FHN-nin bütün əməkdaşlarını təbrik edən direktor işlədiyi təhsil ocağında daim mülki müdafiə məsələlərinə önəm verildiyini və bu sahədə tələbələrlə mütəmadi işlərin aparıldığını diqqətə çatdıraraq məruzəciləri auditoriyaya təqdim etdi.
Mülki müdafiə işinin təşkili şöbəsinin rəyisi kapitan Seymur Əfəndiyev, Fövqəladə hadisələr zamanı Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin mobil dəstə üzvlərinin rolu mövzusunda bölmənin sədri Mətanət Məhərrəmova cıxış etdi.
Tədbirin ikinci hissəsi praktiki məşğələ başladı. Həyəcan siqnalı ilə çağırıldı.
Hadisə baş verən zaman ilk növbədə Fövqəladə Hallar Nazirliyinin “112 çevik reaksiya idarəsi”nə, Sumqayıt şəhər Təcili Tibbi yardım stansiyasına, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinə, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinə fövqəladə hal barədə məlumat verildi.
Xilasetmə İşləri aparıldı:
Aparılan kəşfiyyat zamanı qərərgaha daxil olmuş məlumata əsasən dərhal Sumqayıt Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürmə dəstəsi xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlamış, xilasedicilər kollecin binasında qalmış zərərcəkənləri çıxararaq ceşidləmə məntəqəsinə göndərilməsi üçün Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin mobil dəsdə üzvlərinə təhfil vermiş. xəsarət alanlara ceşidləmə məntəqəsində ilkin tibbi yardım göstərilərək ağır yaralıları Sumqayıt şəhər xəstəxanasına aparmışlar.
Sonda uğurla keçən tədbirin sonunda tədbirin gedişatı qiymətləndirildi, nöqsanlar araşdırıldı, aradan qaldırılması üçün təkliflər verildi.