Azərbaycan Qızıl Aypara Cəmiyyəti ənənəvi olaraq tələbələrə istehsalat təcrübəsi keçmələri üçün şərait yaradır. Hər il olduğu kimi bu il də AzQAC, Xəzər Universitetinin tələbələrini iş təcrübəsinə yiyələnmələri üçün qəbul etmişdir.
İstehsalat təcürbəsində olan tələbələrə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və AzQAC-ın yaranma tarixi, fundamental prinsipləri haqqında Yayım, Gənclər və könüllülər, Fövqəladə hallara hazırlıq və cavab vermə, Yerli bölmələr və regional mərkəzlərlə iş, Sağlamlıq və qayğı, Fondların artırılması, İlk yardım, Axtarış, Miqrasiya, Humanitar yardım, Beynəlxalq əlaqələr sahələri üzrə seminarlar təşkil edilmişdir.
Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə tələbələrlə görüşmüş, onlara istehsalat təcrübəsinin onların gələcək həyatlarında nə qədər yararlı olacağını söyləmişdir. Vitse-prezident görüş zamanı onların da Cəmiyyət haqqındakı fikirlərini öyrənmişdir. Görüş zamanı tələbələr yaratdığı şəraitə görə başda Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanov olmaqla bütün kollektivə öz dərin təşəkkürlərini bildirmişlər.
Təcrübə müddəti bittikdən sonra tələbələr onlara keçilmiş sahələr üzrə imtahan edilmişdir. Tələbələrə xasiyyətnamələr verilmişdir.