Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
13 fevral 2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, Sabuncu rayon bölməsi və Veysəloğlu şirkətinin birgə təşkilatçılığı ilə Sabuncu rayonu 10 saylı Sanatoriya tipli internat məktəbinin 30 nəfər uşaqları ücün Şokolad fabrikinə ekuskursiya təşkil olunmuşdur. Şokolad fabrikinin bələdçisi ilk öncə usaqlara sokolad fabrikinin və şokoladın hansı məhsullardan hazırlanması haqqında məlumat verdi. Sonra uşaqlar fabrikdə şokoladin necə hazırlanmasının şahidi oldular və yerindəcə yeni hazırlanmış şokoladlardan daddılar. Sonda fabrikin dadlı şokoladlarından uşaqlara hədiyyə olundu.Uşaqlar bu tədbirdən çox razı qaldılar.
Sonda internatın direktoru və müəllim heyəti tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, ,Fabrikin rəhbərliyinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.