e467164e1ea64b788b8cdcec2627816f1518520851-photo

Internat məktəbinin uşaqları Şokolad fabrikində oldular

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

13 fevral 2018-ci il tarixində  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, Sabuncu rayon bölməsi və Veysəloğlu şirkətinin   birgə təşkilatçılığı ilə  Sabuncu rayonu 10 saylı Sanatoriya tipli internat məktəbinin 30 nəfər  uşaqları ücün Şokolad fabrikinə ekuskursiya təşkil olunmuşdur.  Şokolad fabrikinin bələdçisi ilk öncə usaqlara  sokolad fabrikinin və şokoladın hansı məhsullardan hazırlanması   haqqında məlumat verdi. Sonra uşaqlar fabrikdə şokoladin necə hazırlanmasının şahidi oldular və yerindəcə yeni hazırlanmış şokoladlardan daddılar.  Sonda fabrikin dadlı şokoladlarından uşaqlara hədiyyə olundu.Uşaqlar bu tədbirdən çox razı qaldılar.

Sonda   internatın direktoru və müəllim heyəti  tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, ,Fabrikin rəhbərliyinə   keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.

 

 

fda48d240f656e68d2a710d02816255b1518520850-photo8e00086787b6a5d7c7d5eccb5b0104ef1518520851-photo 78f53c37328688b1231184dabcb4b6321518520851-photo c3b9fe50f934317916fdeedc723618291518520846-photo

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.