2018-ci il fevral ayının 14-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin başçısı cənab Maks Santnerin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovla görüşü keçirilmişdir.
Cənab Maks Santner ilk öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinə onu qəbul etdiyinə görə və səfər boyu yaradışmış şəraitə görə təşəkkürünü bildirmişdir. O, səfərin başlanğıcında Bakı şəhərində 05-08 fevral 2018-ci il tarixində keçirilən “Yaxşı hazırlıqlı Milli Cəmiyyət” adlı təlim məşğələdə iştirak etmişdir. Cənab Santner həm Baş Qərargahdan, həm də regionlardan gələn nümayyəndələrin prossesə olan marağından və məşğələ zamanı fikir mübadiləsi əsasında hazırlanmış fəaliyyət planının tərtib olunmasından məmnun olduğunu qeyd etmiş və ümumiyyətlə təlim məşgələnin təşkil olunub aparılmasını yüksək qiymətləndirmişdir.
Səfərin növbəti günündə cənab Maks Santner, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri ilə birlikdə Xarici İşlər Nazirliyində keçirilən görüş haqqında cənab Novruz Aslanovla təsuratları ilə bölüşmüşdür. Görüş zamanı əməkdaşlıq üzrə gələcək perspektivlər müzakirə olunmuşdur.
Daha sonra Sumqayıt, Bərdə və Lənkaranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçi heyəti, könülləri və o cümlədən də BQXK-nin Yarımnümayəndəliyinin başçısı cənad Jihad Nabhanla olan görüşlərdən söz açmışdır. Cənab Maks Santner bildirmişdir ki, bu kimi görüşlər çox səmərəlidir və ona, Cənubi Qafqaz üzrə nümayyəndəliyin başçısı vəzifəsində regionu, Milli Cəmiyyətin fəaliyyətini tam şəkildə aydın başa düşmək üçün çox böyük əhəmiyyət kəsb edir.
Görüşün sonunda cənab Maks Santner Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Gürcüstan Respublikasının Tiflis şəhərində Cənubi Qafqaz üzrə yeni ofisinin açılması haqda da məlumat vermiş və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndə heyətini tədbirə rəsmi olaraq dəvət etmişdir.
Maks Santner ölkəyə yenidən səfər etdiyindən şad olduğunu və lazımi köməkliyin göstərilməsinə hər zaman hazır olduğunu bildirmişdir.
Sonda cənab Novruz Aslanov qonağa gələcək fəaliyyətində uğurlar arzulamışdır.