AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri qeydiyyatımızda olan uşaqları da Novruz bayramı münasibəti ilə təbrik etməyi unutmadılar.Belə ki, Az.QAC Gənclər, könüllülər şöbəsi və Azərbaycan Beynəlxalq məktəbinin ( “TİSA”) əməkdaşları tərəfindən göndərilən Novruz bağlamaları ilə bu uşaqların görüşünə oldular. Onlarla birgə bayramı qeyd etdilər.