Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cəbrayıl rayon bölməsi və Cəbrayıl RİH başcısın verdiyi dəstəklə həmişə olduğu kimi Novruz Bayramında qeydiyyatında olan 40 nəfər aztəminatlı ailələri, tənha insanları unutmadı. Ehtiyacı olan məcburi köçkünlərə ərzaq un yardım edib bayram münasibəti ilə onları təbrik edib, uzun ömür, can sağlığı arzulayıb. “Novruz”bayramında da onları unutmayıb yardım edən Qızıl Aypara Cəmiyyətinə və Cəbrayıl RİH başcısına minnətdarlıqlarını bildiriblər.