Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün Təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda marifləndirici seminarlar kecirilir. Bu seminarlar Cəbrayıl rayon Təhsil müəssisələrində də AzQAC -nin Cəbrayıl rayon bölməsi tərəfindən də kecirilir. 25, 26, 27 aprel 2018-ci il tarixlərində IX, X, XI, siniflərində, AzQAC Cəbrayıl rayon bölməsinin təşkilatçılığı ilə məktəblərdə “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Cəbrayıl rayon bölməsinin əməkdaşı , məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin əməkdaşı Alıkişiyev Pəhlivan acaraq, Qızıl Aypara Cəmiyyəti haqqında məlumat verdi və mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışdı. “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları” barədə ətraflı məlumat verdi. şagirdlərlə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Sonda mövzu barədə hazırlanmış bukletləri şagirdlərə payladılar.