20180425_105855

Biləsuvar rayon ərazisində yerləşən, Cəbrayıl rayon 14 saylı Mehdili və Dəmşalaq kənd tam orta məktəblərində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün Təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda marifləndirici seminarlar kecirilir. Bu seminarlar Cəbrayıl rayon Təhsil müəssisələrində də AzQAC -nin Cəbrayıl rayon bölməsi tərəfindən də kecirilir.  25,  26,  27 aprel 2018-ci il tarixlərində  IX, X, XI, siniflərində,  AzQAC Cəbrayıl rayon bölməsinin təşkilatçılığı ilə məktəblərdə  “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Cəbrayıl rayon bölməsinin əməkdaşı , məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin əməkdaşı  Alıkişiyev Pəhlivan acaraq, Qızıl Aypara Cəmiyyəti haqqında məlumat verdi və mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışdı. “Kimlər insan alverinin qurbanı ola bilər?”,  “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları”  barədə ətraflı məlumat verdi. şagirdlərlə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Sonda mövzu barədə hazırlanmış bukletləri şagirdlərə payladılar.20180425_101248 20180425_110011 20180425_110542 20180425_114253

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.