36352944_2027430120608591_2740695459952590848_n

AzQAC nümayyəndələri “Diabetə birlikdə qalib gələk!” adlı tədbirdə iştirak etdilər

İyunun 23-də Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqası (ADL)-n  təşkilatçılığı və həkim-endokrinoloq Gulnar Qafarovanın dəstəyilə “Diabetə birlikdə qalib gələk!” devizi altında tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayon icra başçısının nümayəndəsi, müxtəlif təşkilat rəhbərləri, nümayəndələri və könüllüləri iştirak etmişlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “icmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva könüllülərlə birgə adı çəkilən tədbirdə Cəmiyyəti təmsil edərək,  iştirak etmişlər. Tədbir  iştirakçılarına müayinə (qanda şəkərin miqdarını müəyyən etmək) imkanı yaradılmışdır. Tədbirdə iştirak edənlər park ətrafında yürüşlə başladılar. Sonra isə  diabet haqqında əhali arasında geniş maarifləndirmə aparıldı. Gənc ifaçıların çıxışları ilə geniş konsert proqramı təşkil olunmuşdur.36307562_2027438383941098_3235479008166543360_n 36326984_2027395530612050_180098050419589120_n 36358757_2027427003942236_3847411749338742784_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.