İyunun 23-də Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqası (ADL)-n təşkilatçılığı və həkim-endokrinoloq Gulnar Qafarovanın dəstəyilə “Diabetə birlikdə qalib gələk!” devizi altında tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayon icra başçısının nümayəndəsi, müxtəlif təşkilat rəhbərləri, nümayəndələri və könüllüləri iştirak etmişlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “icmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva könüllülərlə birgə adı çəkilən tədbirdə Cəmiyyəti təmsil edərək, iştirak etmişlər. Tədbir iştirakçılarına müayinə (qanda şəkərin miqdarını müəyyən etmək) imkanı yaradılmışdır. Tədbirdə iştirak edənlər park ətrafında yürüşlə başladılar. Sonra isə diabet haqqında əhali arasında geniş maarifləndirmə aparıldı. Gənc ifaçıların çıxışları ilə geniş konsert proqramı təşkil olunmuşdur.