SAM_0025

Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

  Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin və Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) birgə təşkilatçılığı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib.
Respublika əhəmiyyətli tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov, nazirliyin əməkdaşları, Gəncə Regionunu əhatə edən rayonların (9 rayon) İcra Hakimiyyəti başçılarının birinci müavinləri (Rayon Fövqəladə Hallar Komissiyalarının sədrləri), rayonun mülki müdafiə xidmət rəisləri, FHK-nın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qərargah rəislərivə KİV nümayəndələri iştirak edib.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Ədəbiyyat Muzeyində müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını və qonaqları salamlayıb, rayonumuzda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN-nin rəhbərliyinə, nazirliyin Gəncə Regional Mərkəzinin əməkdaşlarına Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda bu cür yüksək səviyyəli təlimin keçirilməsinə görə minnətdarlığını bildirib. 
İcra Başçısı qeyd edib ki, Qazax rayonunda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmamazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin hazırlığının təmin edilməsi işi daim diqqət mərkəzində saxlanılır.

Təlim başa çatdıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, FHN Mülki müdafiə işinin təşkili baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov təlimin yüksək səviyyədə təşkil olunmasına görə FHN-nin əməkdaşlarına, mülki müdafiə dəstələrinə, bütün əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd ediblər ki, bugünkü təlimin yüksək səviyyədə yerinə yetirilməsi bir daha onu sübut etdi ki, FHN ilə yanaşı, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, aidiyyatı olan şəxslər hər an fövqəladə hadisələrə qarşı hazırdırlar.IMG_3478(1)IMG_3566IMG_3596IMG_3616IMG_4290(1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.