P1110165

Qəbələdə Ümumdünya Hepatit Günü qeyd edildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində icmalarda əhali arasında geniş səhiyyə maarifi işi həyata keçirilir. Bu fəaliyyətlər arasında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada geniş yayıyılan xəstəliklərə diqqəti cəlb etmək məqsədilə  əhalinin  maarifləndirilməsinə  xüsusi yer ayrılır.

Belə ki, iyul ayının 3-də AzQAC-in Qəbələ Rayon Bölməsi tərəfindən  Qəbələ rayonu Diaqnostika və Müalicə Mərkəzində (QRDMM) tibb işçiləri üçün Ümumdünya Hepatit Gününə həsr edilən seminar təşkil olunmuşdur. Seminarda QRDMM  baş həkimin müavini və AzQAC-in Qəbələ Rayon Bölməsinin sədri Sədaqət Bayramova iştirak etmişlər.

İlk olaraq Mərkəzin nümayyəndəsi AzQAC-in əməkdaşlarını salamlayaraq, dünyada olduğu kimi Azərbaycanda da virus hepatit xəstəliyinin geniş yayılmasını və bu məsələnin aktual olduğunu vurğulayaraq,  əhalinin eləcə də tibb işçilərinin bu barədə maariflənməsinin vacibliyini qeyd etmişdir.   AzQAC Qəbələ RB sədri S.Bayramova isə bu seminarın AzQAC və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq memorandumun əsasında təşkil olduğunu vurğulamışdı.

Seminar iştirakçılarına “Ümumdünya Hepatit Günü”-n qeyd olunması, virus hepatit xəstəliyinin yayılması, Azərbaycanda bununla bağlı təşkil olunan xidmətlər, diaqnostika və müalicəyə  dair məlumatlar  AzQAC-in  “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən çatdırılmışdır. Tibb işçiləri onların təcrübələrində hepatitlə bağlı rastlaşdığı problemləri səsləndirərək, əhalinin bu xəstəlik barədə məlumatların kifayət qədər olmamasını xüsusi qeyd etmişlər. Bununla bağlı seminar iştirakçıları onlar üçün bu seminarın maraqlı olduğunu qeyd edərək, əhali arasında maarifləndirmə tədbirlərinin daha geniş həyata keçirilməsi tövsiyyələrini səsləndirmişlər. Sonda seminar iştirakçılarını maraqlandıran suallar da cavablandırılmışdı.     P1110167

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.