Beynəlxalq Federasiyanın Cənubi Qafqaz regionu üzrə ofisinin rəhbəri, Cənab Max Santnerin qəfil vəfat etmə xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Yüksək nüfuz sahibinə malik, özünün aktiv fəaliyyəti ilə Beynəlxalq Federasiyaya hədsiz sədaqət nümunəsi göstərmiş cənab Max Santner Beynəlxalq aləmdə silinməz iz qoymuşdu. O Milli Cəmiyyətlər arasında yüksək əməkdaşlığın davam etdirilməsində əvəzsiz rol oynamışdır.
O, humanizm naminə göstərdiyi uğurlu fəaliyyət nəticəsində peşəkar əlaqələndirici kimi Milli Cəmiyyətlərin inkişafına dəstək vermişdir.
Bu ağır anlarda dərdinizi bölüşür, Beynəlxalq Federasiya, Avropa zonasına, Avstriya Qızıl Xaç Cəmiyyətinə və mərhumun bütün ailə üzvlərinə, öz adımdan və Azərbaycan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi, üzvləri və könüllüləri adından dərin hüznlə başsağlığı verirəm”.
Cənab Max Santner Hərəkat üzvlərinin qəlbində və yaddaşında daima yaşayacaqdır.
Allah rəhmət eləsin!
Hörmətlə,
Dr. Novruz Aslanov
Azərbaycan QAC-ın prezidenti
Milli Məclisin Deputatı