Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi “1 dekabr AİDS-lə mübarizə günü”, “5 dekabr Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də QİÇS xəstəliyindən dünyasını dəyişən insanların xatirəsinə hər birimiz bir gül əkərək “Yaşıllığa daha yaxın” olaq mövzusunda idi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı, Park bulvar ticarət mərkəzinin və Zirə gülçülük kompleksinin dəstəyi ilə həyata keçirilmişdir.
Tədbirdə ticarət mərkəzinə gələn valideyinlərin uşaqları, uşaq evinin uşaqları və məktəblilər iştirak edirdilər. İlk öncə Zirə gülçülük kompleksinin əməkdaşları tərəfindən uşaqlara güllər haqqında məlumat verilmiş, daha sonra gül qablarına uşaqlar tərəfindən güllər əkilmiş və əkdikləri güllər uşaqların özlərinə hədiyyə edilmişdir.
Tədbir 1 dekabr 2018 –ci il tarixində Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində həyata keçirilmişdir.