IMG_0784-03-12-18-01-30

Beynəlxalq Əlillər günü münasibətilə Pirallahı rayonunda humanitar aksiyalar keçirilir

3 dekabr Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır. Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində zəif görən uşaqlar üçün respublika internat məktəbində gördüyü işlər Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir.IMG_0532-03-12-18-01-30IMG_0784-03-12-18-01-30IMG_0536-03-12-18-01-30IMG_0786-03-12-18-01-30IMG_0788-03-12-18-01-30IMG_0791-03-12-18-01-30 (1)IMG_0796-03-12-18-01-30IMG_0808-03-12-18-01-30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.