20181226_142926

Müştərək əməkdaşlığın yolu müzakirələrdən keçir

 Qlobal dünyanın social –iqtisadi inkişafının ayrılmaz hissəsi olan m i q r a s i y a  gündən-günə dünyanın bütün ölkələrini əhatə edir və ölkələrin ictimai, siyasi və iqtisadi həyatına öz bariz təsirlərini göstərir.

Miqrantların sosial inteqrasiyasına dəstək kimi, AzQAC – prezidenti, Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 6-cı ildir ki, əcnəbi miqrantlara BMT-nin  Qaçqınlar üzrə Ali Baş Komissarlığının (BMT QAK-ın) Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur.

Bu günlərdə BMT QAK-ın  ölkədəki miqrantların təhsil məsələləri koordinatoru, professor Fuad Məmmədov, QQGM- in meneceri Afət Yunusova  və AzQAC-ın Miqrasiya şöbəsində Azərbaycan dili Baş müəlliməsi    Sona Hacıyevanın iştirakı ilə işgüzar  görüş keçirilmişdir.Görüşdə növbəti il üçün miqrantların təhsil planındakı bəzi məsələlər müzakirə edilmiş və gərəkli məsləhətlər və mülahızələr dinlənilmişdir. Kursa bu tədris ilində artıq 60-dan çox  müdavimin qatıldığı, əfqan müdavimlərdə daha müntəzəm davamiyyət və yaxşı göstəricilərin olduğu kursun müəllimi Sona Hacıyeva tərəfindən diqqətə çatdırılmışdır. Pakistan, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan miqrant müdavimlərin yeni kurs ilində elə də ciddi davamiyyət göstərmədikləri və buna görə də il sonunda orta məktəblərə qəbul prosesində çətinlik yaşayacaqları professor Fuad Məmmədovun  diqqətinə çatdırıldı.

Qərara alındı ki, miqrant valideynlərlə müntəzəm görüşlər keçirilsin, problemin səbəbləri araşdırılsın, lazımi məsləhətlər verilərək köməklik göstərilsin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.