2

Azərbaycan Vərəmlə mübarizə Koalisiyası “Uşaq sümük vərəm xəstəliyi” sanatoriyasında tədbir keçirdi

Vərəm xəstəliyinə yoluxan xəstələr arasında uşaqlarda var.  Onlar həkim pediatrlar tərəfindən aşkarlanaraq, xüsusi dispanserlərdə müalicə olunurlar. Bəziləri isə müalicəsini sanator şəraitində uzun müddət davam etmək məcburiyyətində olur.  Belə tipli müəssisə Bakı, Xəzər rayonu Zağulba qəsəbəsində yerləşən “Uşaq sümük  vərəm xəstəliyi” sanatoriyasıdır.

2019-cu il 15 yanvar tarixində Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının nümayəndələri Xəzər rayonunda yerləşən “Uşaq sümük vərəm xəstəliyi” sanatoriyasında müalicə alan uşaqlara baş çəkmiş və tədbir keçirmişdir. Tədbirin məqsədi burada müalicə alan uşaqlarla əyləncəli vaxt keçirmək, onları dinləmək və sevindirmək idi.

Tədbirdə sanatoriya sakinlərindən 17 uşaq və yeniyetmə, habelə tibb heyəti və işçi kollektivi iştirak etmişdir. Tədbir zamanı Koalisiya üzvləri uşaqlarla birlikdə əylənmiş, onlara nahar süfrəsi təşkil etmiş və oyunlar oynayaraq, onların əhval-ruhiyyəsini yüksəltməyə çalışmışlar.  Əksəriyyəti bilikli və savadlı olan bu uşaqlar Koalisiya üzvləri tərəfindən verilən suallara məharətlə cavab verirdilər. Koalisiya üzvləri uşaqlara hədiyyələr paylamışlar.

Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının üzvləri olan  AzQAC-in Miqrasiya şöbəsinin mütəxəssisi, Respublika baş müəllimi  Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq proqramının kordinatoru Mətanət Qaraxanova tədbirdə iştirak edərək, uşaqlara dəftərxana ləvazimatlarını və “Bir ideyanın tarixi” adlı kitabları hədiyyə etdilər.

Sonda sanatoriya rəhbərliyi tədbirin təşkilinə görə Koalisiya üzvlərinə öz minnətdarlığını bildirmişdir.

Hər uşaq bir dünyadır, hər biri fərqli ailələrdən gələn və vərəm xəstəliyi ilə üzləşən, əziyyət çəkən bu uşaqların həm mənəvi, həm də maddi dəstəyə çox ehtiyacı var. İstərdik ki, bir çox insanlar onlara baş çəkib,  ruhlandırsınlar.3 6 7 8 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.